Türkiyə klubu "Neftçi" azarkeşlərinin sevimlisini öz gündəminə aldı

6 Sentyabr 2021 11:40 Neftçi 3 522
Türkiyə klubu "Neftçi" azarkeşlərinin sevimlisini öz gündəminə aldı

«Antalyaspor» «Neftçi»nin yarımmüdafiəçisi Sabir Buqrinlə yaxından maraqlanır.

Sportinfo.az-ın məlumatına görə, Türkiyə klubunun nümayəndələri bir müddət əvvəl Bakıya 2 dəfə səfər edib.

Onlar paytaxt təmsilçisinin HİK və «Makkabi» (Hayfa) ilə keçirdiyi avrokubok matçlarıını canlı izləyib.

Yaxınlarda Mərakeşin seleksiya xarakterli toplaanışına dəvət alan legionerin «ağ-qaralar»la müqaviləsi gələn ilin yayında bitəcək.

1996-cıı il təvəllüdlü orta sahə oyunçusunun «Neftçi»yə ötən ilin yayında «Dudelanj»dan gəlməsini xatırladaq. Super Liqa təmsilçisi ilə yanaşı, Belçika klublarının da Buqrini maaraq dairəsinə almasını bildirək.

«Antalyaspor»un seleksiya qrupunun «Neftçi» azarkeşlərinin sevimlisi ilə bağlı rəyi müsbətdir.

Baş məşqçi Ersun Yanala təqdim olunan raportda Sabirin yetərincə texnikalı olması, hücumlarıın təşkilində birbaşa iştirak etməsi və meydanı yaxşı görməsi öz əksini tapıb.

Digər Xəbərlər
Xəbər Lenti