Söhbət "Neftçi"dən gedirsə... Başqa çıxış yolu yoxdur!

5 Sentyabr 2021 22:40 Neftçi 1 584
Söhbət "Neftçi"dən gedirsə... Başqa çıxış yolu yoxdur!

Böyük futbolda qapıçı mövqeyi çox spesifik nöqtədir.

Futbolçular arasında qapıçıların tam fərqli psixologiyası olur.

Dünya səviyyəli əlcək sahibləri kritik qurtarışları ilə yanaşı öz qapılarında bəsit qollar görürlər.

"Qarabağ" Azərbaycan futbolu üçün həddindən artıq çox səviyyəli, ödənişli Beqoviçi gətirmişdi, Avropa meydanlarında xilaskar rolunu oynaya bilmədi.

İndi Şahruddinə, Emilə üstünlük verilir. Doğru qərardır!

"Neftçi"də Aqil Məmmədov azarkeşlər tərəfindən birmənalı qarşılanmır. Bəlli qapıçı səviyyəsi var. Bu mövsüm avrokubok turnirləri Aqilin karyerasında pik zirvə oldu.

Tiflisdən başlayaraq "Neftçi"nin xilaskarına çevrildi. Qapıçının inanılmaz seyvləri olmasaydı, komanda daha acınacaqlı məğlubiyyətlərlə üzləşərdi.

Müdafiəsiz buraxılan qolların 90%-də qapıçı günahsızdır. Əvəzləyici Kamran da yerindədir. Hazırda "Neftçi"də müzakirə olunmayacaq mövqe varsa, o da çərçivədir.

Arada "Neftçi"-"Qarabağ" paralelliyi ona görə aparılmır ki, komandalar, fanatlar qarşı-qarşıya dursunlar.

Ona görə edilir ki, transferlərdə, komanda quruculuğunda bəhanələr gətirilməsin. Nə qədər ağır olsa da, hər vəziyyətdən çıxış yolları var...

Necə klub olursansa ol, necə şərait qurursansa qur, bütün görülən işlərlə bərabər komandanın komplektləşdirilməsi bir nömrəli məsələdir.

Söhbət "Neftçi" kimi klubdan gedirsə, ümumiyyətlə başqa çıxış yolu yoxdur. Klub rəhbərliyi, məşqçilər korpusu komandanın formalaşmasına birbaşa məsuliyyət, cavabdehlik daşıyırlar!

(ardı var)

Tahir Süleymanov
“Neftçi”nin sabiq vitse-prezidenti

Digər Xəbərlər
Xəbər Lenti