“Neftçi” “Şturm”a məruz qaldı

5 Sentyabr 2021 21:20 Neftçi 2 195
“Neftçi” “Şturm”a məruz qaldı

Klubların UEFA reytinqi açıqlanıb.

Sportinfo.az xəbər verir ki, avrokubokların pley-off mərhələsindən sonra siyahıda bəzi dəyişikliklər olub.

Azərbaycanın ən yaxşı təmsilçisi “Qarabağ”ın mövqeyi dəyişməz qalıb. Konfrans Liqasının pley-off mərhələsində Şotlandiya “Aberdin”ini (1:0, 3:1) mübarizədən kənarlaşdıran Qurban Qurbanovun yetirmələrinin xal hesabı 18,500-dür.

Ağdam klubu kimi Niderland “Feyenoord”u və Almaniya “Volfsburq”u da eyni xala malikdir. Bu klublar 69-cu yeri bölüşür.

Hayfa “Makkabi”si qarşısında aciz qalan (3:3, 0:4) “Neftçi” isə 7,000 xalla 155-cidir. Bakılılar 1 pillə geriləyib. Buna Avstriya “Şturm”unun irəliləməsi səbəb olub.

Digər klubların da mövqeyi dəyişməz qalıb. “Keşlə” 4,000 xalla 285-ci, “Qəbələ” 3,500 xalla 301-ci sırada qalıb. “Sumqayıt”, “Səbail” və “Zirə” 2,825 xalla 342-ci yeri bölüşür.

Cədvələ 116,000 xala malik “Bavariya” başçılıq edir.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!