"Neftçi"nin sabiq prezidenti "Qurd qapısı"nda dəfn olunacaq

4 Sentyabr 2021 09:20 Neftçi 536
"Neftçi"nin sabiq prezidenti "Qurd qapısı"nda dəfn olunacaq

Sentyabrın 3-ü gecə saatlarında koronavirusdan dünyasını dəyişən "Neftçi"nin sabiq prezidenti Aydın İbrahimov bu gün dəfn olunacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə "mərhumun nəvəsi Nərminə Məmmədova məlumat verib.

Onun sözlərinə görə, İbrahimov saat 12:00-da Bakının "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılacaq.

Aydın İbrahimov 1988-97-ci illərdə paytaxt təmsilçisinin prezidenti olub.

A.İbrahimov güləş üzrə iki dəfə dünya çempionatında qızıl medal qazanıb. O, 1963-cü ildə Bolqarıstanda, 1966-cı ildə isə Almaniyada dünya çempionu adına yiyələnib.

1964-cü ildə Yaponiyanın paytaxtı Tokioda keçirilmiş Yay Olimpiya Oyunlarında bürünc medala sahib çıxıb. Nailiyyətlərinə görə SSRİ-nin əməkdar idman ustası, əməkdar məşqçi, beynəlxalq dərəcəli hakim adlarını alıb.

O, dünya güləş idman növünün inkişafındakı xidmətlərindən dolayı qızıl medalla təltif edilib. A.İbrahimov bir müddət futbol sahəsində də çalışıb, 1988-1997-ci illərdə “Neftçi” klubunun ilk prezidenti olub.

Prezident İlham Əliyev 2019-cu ilin sentyabrında Aydın İbrahimova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı