"Neftçi" heyətini niyə komplektləşdirə bilmədi?

3 Sentyabr 2021 20:40 Neftçi 1 083
"Neftçi" heyətini niyə komplektləşdirə bilmədi?

Böyük futbolda, klublarda nadir hallarda belə şans yaranır.

Komanda həm çempion olur, həm də ehtiyac duyulmayacaq legioner futbolçularla müqavilələr bitir.

Komandanın yenidən formalaşdırılması, gücləndirilməsi üçün klub maliyyə yükündən azad olur, ideal şərait yaranır.

Hər bir komandanın onurğa sütunu, açar futbolçuları olur. Heyətin sabitliyinin qorunması çox önəmlidir. Avrokuboklara uyğun gələn Mahmudov-Laval-Buqrin-Stankoviç-Kane-Ələsgərovun ətrafında heyət gücləndirilməliydi.

Əldə hazır olan futbolçular əsas heyətin yarıdan çoxu deməkdir. Belədə stressiz halda komandanı gücləndirmək də ploblem olnamalı idi.

Təsəvvür edin, boş mövqelərə qeyd olunan futbolçulardan daha güclüləri, ən azından eyni səviyyədə oyunçular gətirilsəydi "Neftçi" hansı gücə sahib olardı.

Son 5-6 ildə "Neftçi"də komanda quruculuğu deyəndə, nədənsə hamı legioner futbolçuları nəzərdə tutur. Komanda tək əcnəbi futbolçulardan ibarət olmur. Səviyyəli yerli və legioner futbolçuların vəhdəti ölkə klubları üçün daha effektli olur.

2005-2015-ci illər aralığında "Neftçi"də kifayət qədər yerli futbolçu hazırlanmışdı.

O yetirmələr ki, gənc yaşlarından çempionluqlar yaşamış, kuboklar qazanmış, p.-offlar, qruplar oynamışdı. Az sayda səviyyəli legionerlərlə "Neftçi"nin yükünü minimum 10 il çiyinlərində daşımaq iqtidarında idilər.

Davamını gətirmək əvəzinə, yerli istedadlar "Neftçi"dən didərgin salındı, illərin zəhməti hədər verildi.

Başqa klublar bir yana, hazırda "Qarabağ"da çərçivədən, müdafiədən tutmuş hücum xəttinə kimi 3 "Neftçi" yetirməsi çıxış edir. Bunun günahı ağdamlılarda deyil, "Neftçi"nin strategiyasını cıza bilməyən gəlib-gedən idarəçilərindədir...

Kamran Quliyevin "Sumqayıt" rəhbərliyi dönəmində "Neftçi" çoxsaylı gənclərini icarəyə verirdi, maaşını ödətdirirdi. İndi əksidir, 100 min dollara klubdan futbolçu alınır.

"Neftçi" "borc" içində "bata-bata" son 6 ildə 80-ə(!) yaxın legioner futbolçu sifariş edib, çempionatda oynadıb və onların da yuxarı-aşağı yarısı indiki rəhbərliyin vaxtına düşür.

Bu azmış kimi, yaşı 30-u haqlamış Rəhman Hacıyevlə hər mövsüm müqavilə bağlanır, uzadılır və dərhal da icarəyə(!) verilir.

Gənc futbolçu deyil ki, təcrübə toplaya, püxtələşmə dövrünü keçə. Milliyə cəlb edilən oyunçudur, komandaya lazımdırsa oynadılmalıdır, yox, uğurlar arzulanmalıdır...

(ardı var)

Tahir Süleymanov
“Neftçi”nin sabiq vitse-prezidenti

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!