"Neftçi"nin eks prezidenti koronavirusdan dünyasını dəyişdi

3 Sentyabr 2021 00:50 Neftçi 494
"Neftçi"nin eks prezidenti koronavirusdan dünyasını dəyişdi

"Neftçi"nin sabiq prezidenti Aydın İbrahimov dünyasını dəyişib.

Sportinfo.az xəbər verir ki, bu barədə onun nəvəsi Nərminə Məmmədova məlumat yayıb.

83 yaşlı İbrahimov koronavirusdan müalicə aldığı "Yeni Klinika"da vəfat edib.

O, 1988-97-ci illərdə “Neftçi”nin prezidenti olub.

A.İbrahimov güləş üzrə iki dəfə dünya çempionatının qalibi olub. O, 1963-cü ildə Bolqarıstanda, 1966-cı ildə isə Almaniyada qızıl medal qazanıb.

İbrahimov 1964-cü ildə Yaponiyanın paytaxtı Tokioda keçirilmiş Yay Olimpiya Oyunlarında bürünc medala sahib olub.

Nailiyyətlərinə görə SSRİ-nin əməkdar idman ustası, əməkdar məşqçi, beynəlxalq dərəcəli hakim adlarını alıb. O, dünya güləş idman növünün inkişafındakı xidmətlərindən dolayı qızıl medalla təltif edilib.

A.İbrahimov bir müddət futbol sahəsində də çalışıb, 1988-1997-ci illərdə “Neftçi” klubunun ilk prezidenti olub.

Prezident İlham Əliyev 2019-cu ilin sentyabrında Aydın İbrahimova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

Allah rəhmət eləsin!

Digər Xəbərlər
Xəbər Lenti