"Neftçi"dən növbəti ayrılıq xəbərinə REAKSİYA: "Müqaviləsi var"

3 Sentyabr 2021 09:40 Neftçi 2 177
"Neftçi"dən növbəti ayrılıq xəbərinə REAKSİYA: "Müqaviləsi var"

Yusuf Laval “Neftçi”dən ayrılmaq fikrinə düşüb.

Ötən mövsümdən etibrən Azərbaycanda çıxış edən yarımmüdafiəçisi real təkliflər gəlib.

Nigeriyalı legionerlə İsrail təmsilçiləri yaxından maraqlanır. “Aşdod” da “Makkabi” (Hayfa) afrikalı oyunçuya uzunmüddətli müqavilə təklif edib.

Avrokuboklarda göstərdiyi çıxışla xarici menecerlərin diqqətini cəlb edən nigeriyalı yarımmüdafiəçi ona gələn dəvətlər barədə “Neftçi” rəhbərliyini məlumatlandırıb.

Azarkeşlərin sevimlisi olan afrikalı legioner Azərbaycandan getmək istəyini qətiləşdirdiyini və satılmasına icazə verilməsini tələb edib.

“Ağ-qaralar”la müqaviləsi gələn ilin yayında bitəcək Laval Bakıda kirayədə qaldığı evi boşaltmağa başlayıb.

“Aşdod” Konfrans Liqasının birinci mərhələsində “Qarabağ”a rəqib olub. Hayfa klubu isə Lavalı daha yaxından tanıyır.

Belə ki, “Makkabi” Konfrans Liqasının pley-off mərhələsində “Neftçi”ilə qarşılaşıb. Nigeriyalı Bakıda keçirilən və 3:3 hesabıyla bitən ilk görüşdə 2 qol və 1 məhsuldar ötürməylə yadda qalıb.

"Neftçi"nin mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev Sportinfo.az-a açıqlamasında son durum barədə bunları deyib:

"Yusif Lavalın "Neftçi"dən ayrılacağını yalnız siz iddia edirsiz. Başqa yerdə belə xəbər, yazı görməmişəm. O, heç yerə getmir. Onun 2023-cü ilin sonuna qədər "Neftçi" ilə müqaviləsi var".

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu