“NEFTÇİ”: “Kaneni Azərbaycan reallığında rekord qiymətə satdıq”

2 Sentyabr 2021 19:00 Neftçi 1 697
“NEFTÇİ”: “Kaneni Azərbaycan reallığında rekord qiymətə satdıq”

Namiq Ələsgərəvon "Bursaspor"a keçidindən sonra "Neftçi" daha bir əsas heyət üzvü Mamadu Kaneni itirdi. 24 yaşlı legioner "Olimpiakos"la razılığa gəldi.

Görəsən, son çempionun bir-birinin ardınca əsas futbolçularını itirməsinə səbəb nədir?

Suala cavab olaraq "Neftçi"nin mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev Sportinfo.az-a açıqlamasında bunları deyib:

"Mamadu Kaneyə yaxşı təklif gəlmişdi. Özümüz də hesab etdik ki, belə bir təklifdən sonra Kaneni burada saxlamaq haqqsızlıq olar.

Azərbaycan reallığında "Neftçi" Kaneni rekord qiymətə satdı. Həm də nəzərə alaq ki, Kane "Olimpiakos"a satılsa da, bir müddət komandamızda icarə əsasında oynamağa davam edəcək.

Namiq Ələsgərova "Bursaspor"dan təklif olmuşdu. Hər iki transferdən də "Neftçi" pul qazandı".

Digər Xəbərlər
Xəbər Lenti