Braziliyalı hücumçu "Neftçi"də - rəsmi

1 Sentyabr 2021 20:05 Neftçi 846
Braziliyalı hücumçu "Neftçi"də - rəsmi

“Neftçi” heyətinə yeni futbolçu qatıb.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı təmsilçisi braziliyalı hücumçu Ramon Maçadonu transfer edib.

O, yeni klubunda 91 nömrəli forma geyinəcək. Klub sosial şəbəkə hesabında futbolçunun təqdimatını yayıb. Ancaq müqavilənin detalları açıqlanmayıb.

Maçadonun sonuncu klubu “Brazil de Pelotas” olub. O, karyerası ərzində “Yan Regensburq”, “Esportivo”, “Boa Esporte”, “Lajeadense”, “Ponte Preta”, “Yuventude”, “Vila Nova”, “İtuano”, “Parana”, “Santo Andre”, “Botafoqo-PB” kimi komandalarda da forma geyinib.

Digər Xəbərlər
Xəbər Lenti