Kaneni “Olimpiakos”a satan “Neftçi”nin qazancı

1 Sentyabr 2021 22:40 Neftçi 2 479
Kaneni “Olimpiakos”a satan “Neftçi”nin qazancı

Mamadu Kaneni “Olimpiakos”a satan “Neftçi”nin qazancı məlum olub.

Yunanıstan klubu ilə 2025-ci ilədək müqavilə imzalayan legioner “ağ-qaralar”ı 350 min avro irəli salıb.

Ellada təmsilçisi həmin pulu hissə-hissə ödəyəcək.

Klublar arasında razılaşmaya görə, 24 yaşlı qvineyalı yarımmüdafiəçi müvəqqəti olaraq icarə əsasında Bakı təmsilçisinin heyətində çıxış edəcək.

Mamadu Kane 2018-ci ilin dekabrında “Neftçi”yə transfer olunub. O, 52-si çempionat, 4-ü kubok, 15-i avrokubok olmaqla 71 matçda ağ-qara formanı geyinib və 2020/2021 mövsümündə Azərbaycan çempionu olub.

Kane Qvineya millisinin heyətində 6 oyuna çıxıb, 1 qol vurub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti