“Neftçi” öz futbolçusunu məşhur kluba satdı

1 Sentyabr 2021 19:00 Neftçi 973
“Neftçi” öz futbolçusunu məşhur kluba satdı

“Neftçi” Mamadu Kaneni “Olimpiakos”a satıb.

Sportinfo.az Bakı təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, klublar arasında razılaşmaya görə, 24 yaşlı qvineyalı yarımmüdafiəçi müvəqqəti olaraq icarə əsasında “ağ-qaralar”ın heyətində çıxış edəcək.

Mamadu Kane 2018-ci ilin dekabrında “Neftçi”yə transfer olunub.

O, 52-si çempionat, 4-ü kubok, 15-i avrokubok olmaqla 71 matçda ağ-qara formanı geyinib və 2020/2021 mövsümündə Azərbaycan çempionu olub.

Kane Qvineya millisinin heyətində 6 oyuna çıxıb, 1 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti