“Neftçi”də GÜNÜN ŞOK HADİSƏSİ: Təklif gəldi, “gedirəm” dedi, evi boşaltdı

1 Sentyabr 2021 19:40 Neftçi 3 217
“Neftçi”də GÜNÜN ŞOK HADİSƏSİ: Təklif gəldi, “gedirəm” dedi, evi boşaltdı

Mamadu Kanedən sonra daha bir əsas heyət üzvü “Neftçi”ni tərk edir.

Sportinfo.az-ın məlumatına görə, Yusuf Laval 2 yeni təklif gəlib.

Avrokuboklarda göstərdiyi çıxışla xarici menecerlərin diqqətini özünə cəlb edən nigeriyalı yarımmüdafiəçi ona gələn dəvətlər barədə “Neftçi” rəhbərliyini məlumatlandırıb.

Azarkeşlərin sevimlisi olan afrikalı legioner Azərbaycandan getmək istəyini qətiləşdirdiyini və satılmasına icazə verilməsini tələb edib.

“Ağ-qaralar”la müqaviləsi gələn ilin yayında bitəcək Laval Bakıda kirayədə qaldığı evi boşaltmağa başlayıb.

Digər Xəbərlər
Xəbər Lenti