“Neftçi”nin birinci şəxsi: “Axmaq olmayın, peyvənd olunun”

1 Sentyabr 2021 00:40 Neftçi 1 156
“Neftçi”nin birinci şəxsi: “Axmaq olmayın, peyvənd olunun”

“Neftçi”nin Müşahidə Şurasının sədri, Azərbaycanın Xalq yazıçısı Çingiz Abdullayev koronavirusa yoluxub.

Sportinfo.az xəbər verir ki, bu barədə klub rəhbərinin özü bildirib.

Onun özlərinə görə, hazırda o, xəstəxanaların birində müalicə alır:

“Səkkiz gün əvvəl COVID-ə yoluxdum. Ən xoşagəlməz olan “Delta” ştamına. Başım ağrıyırdı, üşütmə hiss etdim”.

Abdullayev öz rəsmi “feysbuk” hesabındakı paylaşımında bunları yazıb: “İndi isə ən vacibinə keçək. Dörd ay əvvəl iki doza vaksin qəbul etmişəm,

Avropadan sifariş olunan dərmanları, vitaminləri içdim. Nəticədə xəstəliyi elə də hiss etmədim. Lakin əlbəttə ki, karantində qaldım.

Saturasiya 97-98 səviyyəsində idi. Bütün bu müddət ərzində qızdırma, öskürək yox idi və demək olar ki, bütün qoxuları hiss edirdim”, - deyə Çingiz Abdullayev qeyd edib.

O, həmçinin hər kəsi koronavirusa qarşı peyvənd olunmağa çağırıb: “Axmaq olmayın, vaksinasiyadan imtina etməyin.

Bütün ömrüm boyu bir dənə belə olsun, siqaret çəkməmişəm. Demək olar ki, spirtli içki qəbul etmirəm.

Gənc olarkən idmanla çox məşğul olmuşam. Adətən, futbola 3-4 saat vaxt ayırıram. Bu, artıq sağlamlıq məsələsidir. Xəstələnmək olar, amma ölmək lazım deyil”.

Digər Xəbərlər
Xəbər Lenti