"Neftçi" rəhbərliyi Namiqə qarşı iddiasndan əl çəkdi

31 Avqust 2021 13:00 Neftçi 1 135
"Neftçi" rəhbərliyi Namiqə qarşı iddiasndan əl çəkdi

«Neftçi» rəhbərliyi Namik Ələskərov və «Bursaspor»dan FİFA-ya şikayət etmək fikrindən daşınıb.

Sportinfo.az-ın məlumatına görə, paytaxt klubu hər iki iddiasından əl çəkib.

FİFA-nın millinin üzvünün Türkiyənin I Liqa təmsilçisində çıxış etməsinə icazə verməsi «ağ-qaralar»n rəsmi heyətini şoka salıb.

Əmin idilər ki, ali beynəlxalq qurum yarımmüdafiəçinin yeni komandasında debüt etməsinə izn tanımayacaq və proses onların istədiyi müddətə qədər uzanacaq.

26 yaşlı orta sahə oyunçusunun intizarı 2 həftə çəkdi. O, I Liqanın ilk 2 turunu kənardan izlədi və yalnız «Eyübspor»la görüşdə meydana çıxdı.

Bu, «Bursaspor»un Türkiyə Futbol Federasiyası vasitəsilə FİFA-ya müraciətindən sonra mümkün oldu.

Sonuncular Ələsgərovun məsələsini - onun müqaviləni birtərəfli qaydada pozmaq üçün nəzərdə tutulan 50 min avronu «Neftçi»nin hesabına ödəməsinə dair sənədləri araşdırdı və prosedurun qanunlar çərçivəsində həyata keçirilməsini dəqiqləşdirdi, keçmiş klubu tərəfindən azad agent statusu almasını gözləmədi, «Bursaspor»da çıxıış etməsinə «yaşıl işıq» yandırdı.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"