"Neftçi"dəki bu yanaşma özünü hardasa göstərməliydi"

29 Avqust 2021 21:00 Neftçi 1 463
"Neftçi"dəki bu yanaşma özünü hardasa göstərməliydi"

"İlk oyundan göründü ki, müdafiədəki futbolçuların səviyyəsi aşağıdır. Amma həmin görüşdə "Neftçi" 2 qolluq fərq yaratmışdı. Məncə, mərhələnin əldən verilməsinin qırılma nöqtəsi həmin üstünlüyün əldən verilməsi oldu".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Neftçi"nin Konfrans Liqasında "Makkabi"yə məğlubiyyətini şərh edən futbol mütəxəssisi Novruz Əzimov deyib.

Təcrübəli çalışdırıcı "Neftçi"nin ümumiyyətlə cavab görüşünə hazır olmadığı qənaətindədir: "Cavab görüşündə isə komandada psixoloji durum yaxşı deyildi. Oyunun gedişində də "Neftçi"nin hazır olmaması diqqəti cəlb edirdi. Mən öz subyektiv fikirlərimi bildirirəm. Bəli, nədəsə səhv də edə bilərəm. Amma hər zaman demişəm ki, "Neftçi"də rəhbərlik ilə baş məşqçinin yumuruğu eyni nöqtəyə vurmaması özünü hardasa göstərməliydi və göstərdi də.

Əzimov istənilən halda belə məğlubiyyətin qəbuledilməz olduğunu deyib: "Neftçi"nin zəif olduğunu deyə bilmərəm. İstənilən halda belə məğlubiyyət olmamalıydı. Düşünürəm ki, komandanın oyuna hazırlığı istənilən səviyyədə olmayıb. Hər bir məğlubiyyətdən nəticə çıxarmaq lazımdır. Klub daxilində müzakirələr aparılmalıdır. Uğursuzluqdan dərs çıxarılmalıdır".

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!