"Niyə istefa vermirsən, bir parça çörəyinə görə "Neftçi"ni pis günə qoyursan?"

29 Avqust 2021 14:00 Neftçi 2 886
"Niyə istefa vermirsən, bir parça çörəyinə görə "Neftçi"ni pis günə qoyursan?"

Ötən mövsümün çempionu "Neftçi"nin avrokuboklarda yaşadığı fiasko haqlı olaraq futbol ictimaiyyətində ciddi narazılıq dalğası yaratdı.

Uğursuzluğa ən çox üzülənlər isə təbii ki, komandanın sadiq azarkeşlərdir. İllərini bu kluba verən insanlar başverənlərə sakit qala bilmirlər.

Onlardan biri də Nadir Hətəmov adlı "Neftçi" azarkeşidir. Ehtiyatda olan 65 yaşlı mayor Sportinfo.az-la əlaqə saxlayıb, bir azarkeş kimi onun da narazılığının işıqlandırılmasını bizdən xahiş etdi.

Sitat: "Qarabağ müharibəsi veteraniyam. 65 yaşım var. Adamın ürəyi partlayır. Belə şey olar? Uşaqlıqdan "Neftçi" fanatıyıq. Köynəklərimizin üstünə Kazbek Tuayevin nömrəsini özümüz yazırdıq. Uşaqlığımız "Neftçi" ilə keçib. Peşəkar olmasaq da bizim də futboldan başımız çıxır. Azarkeşi bu qədər alçatmaq olmaz.

Məsələn, mən şəxsən Qurban Qurbanovun qarşısında baş əyirəm. Onun yaratdığı komandanın qarşısında baş əyirəm. Amma "Qarabağ"ın çempionluqlarının bir səbəbi də odur ki, "Neftçi" komanda səviyyəsindən aşağı düşüb.

"Neftçi" əvvəlki "Neftçi" olsaydı "Qarabağ" bu qədər çempion olmazdı. "Qarabağ"ı adamın gözünə soxurlar. Az qalır adamın ürəyi partlasın. Belə şey olmaz axı?

Yenə deyirəm ki, bir məşqçi kimi Qurban Qurbanovun qarşısında diz çöküb ayaqqabısından öpərəm. Amma onların ölkədəki uğurlarının əsas səbəblərindən biri odur ki, "Neftçi"ni pis günə qoyublar.

Sponsorlar deyir ki, qrupa düşün, komandaya pul ayıraq. Bu o deməkdir ki, sən get müharibəni ud, mən sənə tank alım, təyyarə alım. Belə şey olur?

Çempionat neçə aydı bitib. Nədi aldıqları Harramiz? Harramiz deyil e, haramdı-haram. Nə oyunçudu axı onu alıblar? Aldıqları müdafiəçilər elə bil uşaqdı. Futbolu oynamağı indi öyrənirlər.

Digər məsələ komandada olan maxinasiyadır. Necə olur "Sumqayıt"dan alınan adi oyunçuya 100 min ödənir, amma bizim Namiq Ələsgərovu 50 minə satırlar.

Belə şey olur? Mətbuatda Kaneyə görə 1 milyon verildiyi yazılır. Dünən deyirlər ki, "Olimpiakos" 300 min ödəyəcək. Bəs 700 min hanı? ?

Demirəm ki, "Neftçi" "Barselona" və ya "Real"dı. Amma digər komandalar aldıqları oyunçuya 1.5 milyon qiymət qoyur. "Neftçi" də öz oyunçusunu şor qiymətinə satır.

Təkcə rəhbərliyi yox, elə Samir Abasovu da günahkar görürəm. "Neftçi"yə kişi kimi gəldi-getdi bircə Nazim Süleymanov. 5 gün işlədi, gördü ki, bura necə yerdi. İstefa verdi getdi.

Niyə Samir istefa vermir? İstefa verib sübut eləsin ki, ay camaat, burda işləmək olmur. Niyə eləmirsən? Bir parça çörəyinə görə "Neftçi"ni pis günə qoyursan? Hamısında günah var".

Digər Xəbərlər
Xəbər Lenti