"Neftçi" bu "TRANSFER BOMBA"sını ona görə partlada bilmədi ki.. GERÇƏK SƏBƏB

29 Avqust 2021 09:40 Neftçi 4 251
"Neftçi" bu "TRANSFER BOMBA"sını ona görə partlada bilmədi ki.. GERÇƏK SƏBƏB

"Neftçi"nin Nikita Rukavitsanın transferini reallaşdıra bilməməsi artıq məlumdur.

Bakı klubundan verilən açııqlama iddia olunub ki, daha əvvəl razılıq əldə olunan 34 yaşlı hücumçu burada yaşaya bilməyəcəyini əsas gətirib:

"Şəhərlə, bazamızla tanış olduqdan sonra dedi ki, müqavilə şərtləri ilə bağlı heç bir problem yoxdur, sadəcə, burada yaşamaq mənim üçün çətin olar. Şəraiti bəyənmədiyi üçün müqavilə bağlamadı".

Nikita Rukavitsanın son klubu İsraildə “Makkabi” (Hayfa) olub. Hazırda azad agent olan forvard ötən mövsüm Hayfa təmsilçisinin heyətində 22 oyuna 19 qol vurub.

O, daha əvvəl Niderlandda "Tvente", Almaniyada "Herta", "Maynts" və "Frankfurt"un da şərəfini qoruyub. Avstrailiya yığmasının üzvünün Bakıya gəlişinin son anda baş tutmamasınıın gerçək səbəbi şəraitlə bağlı deyil.

Bu, sadəcə, həqiqəti gizlətmək üçün söylənilən bəhanədir. «Ağ-qaralar» 34 yaşlı legionerə kifayət qədər yüksək müqavilə şərtləri irəli sürüb.

Azərbaycanda çıxış etməyə razlıq versəydi, növbəti 2 il üçün üst-üstə 900 min avro qazanacaqdı. Bu məbləği onunla yaxından-uzaqdan maraqlanan digər kolmandaların heç biri təklif etmir.

Rukavitsanın yaşı çoxdur və pul onun üçün ilk sırada gəlir. İki-üç ilə karyerasını bitəcək və gəliri indi ön plana almasa, sonra belə bir fürsət növbəti dəfə ayağına gəlməyəcək.

Avstraliyalının Azərbaycana gəlməkdən imtinası «Neftçi»nin avrokuboklarda uğursuz çıxış etməsidir.

«Ağ-qaralar»ın qitənin reytinqinə görə üçüncü dərəcəli klub turniri hesab olunan Konfrans Liqası ilə biabırçı formada vidalaşması, beləcə, qitə arenasında mübarizəni erkən dayandırması adıçəkilən hücumçunun qərarına birbaşa təsir göstərib.

«Neftçi»nin «Makkabi» ilə cavab görüşünü (0:4) izləyən Rukavitsa ona təklif göndərən klubda potensial görməyib və yeni macəra axtarışına çıxıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı