"Neftçi"nin şəraitini bəyənmədi, müqavilə bağlamaqdan imtina etdi – SON DƏQİQƏ

28 Avqust 2021 17:20 Neftçi 54 961
"Neftçi"nin şəraitini bəyənmədi, müqavilə bağlamaqdan imtina etdi – SON DƏQİQƏ

Avstraliya yığmasınını forvardı Nikita Rukavitsanın "Neftçi"yə keçidi baş tutmayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Bakı klubunun Media, marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Rüstəm Allahverdiyev məlumat verib.

Onun sözlərinə görə, daha əvvəl razılıq əldə olunan 34 yaşlı hücumçu Bakıda yaşaya bilməyəcəyini əsas gətirərək, "ağ-qaralar"a keçməkdən imtina edib:

"Şəhərlə, bazamızla tanış olduqdan sonra dedi ki, müqavilə şərtləri ilə bağlı heç bir problem yoxdur, sadəcə, burada yaşamaq mənim üçün çətin olar. Şəraiti bəyənmədiyi üçün müqavilə bağlamadı" (report).

Nikita Rukavitsanın son klubu İsrailin “Makkabi” (Hayfa) komandası olub. Hazırda azad agent olan forvard ötən mövsüm Hayfa təmsilçisinin heyətində 22 oyuna 19 qol vurub.

Forvard daha əvvəl Niderlandda "Tvente", Almaniyada "Herta", "Maynts" və "Frankfurt"un da şərəfini qoruyub.

Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!
16 Aprel 11:20 "Qarabağ" səssiz qaldı