"Neftçi"nin kapitanı "çox üzgünük" dedi, dəstək umdu

28 Avqust 2021 19:40 Neftçi 706
"Neftçi"nin kapitanı "çox üzgünük" dedi, dəstək umdu

"Bu dəfə sizləri sevindirə bilmədiyimizə görə çox üzgünük".

Sportinfo.az xəbər verir ki, bunu "Neftçi"nin kapitanı Emin Mahmudov özünün feysbuk səhifəsində İsraildə Hayfa "Makkabi"sinə 0:4 hesabı ilə uduzduqları Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu barədə fikirlərini bölüşərkən yazıb.

"Makkabi"yə uduzan "Neftçi" avrokuboklarda mübarizəni dayandırıb. 29 yaşlı yarımmüdafiəçi artıq ölkə çempionatına köklənməli olduqlarını vurğulayıb:

"Yenidən daha güclü, daha uğurlu olmaq üçün sizlərin dəstəyinə ehtiyacımız var. Birlikdə bacaracağıq"!

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda