"Neftçi"ni tərk etdi – Yeni klubunda nə qədər qazanacaq?

28 Avqust 2021 14:00 Neftçi 108 018
"Neftçi"ni tərk etdi – Yeni klubunda nə qədər qazanacaq?

«Olimpiakos»un düşərgəsinə yollanan Mamadu Kane ən qısa zamanda müqaviləyə qol çəkəcək.

«Neftçi» rəhbərliyi 2019-cu ildən etibarən ağ-qara formanı geyinən qvineyalı legionerin transferi ilə bağlı bütün şərtləri qarşı tərəflə razılaşdrıb.

Yarımmüdafiəçi Ellada təmsilçisi ilə 4 illik kontrakta imza atacaq.

Amma bu keçidin Kaneyə qazandracağı məbləğlə aid sosial şəbəkənin həm Yunanıstan, həm də Azərbaycan seqmentində yayılan xəbərlər yanlışdır.

24 yaşlı afrikalı «Olimpiakos»dan aylıq 60 min avro maaş almayacaq. Onun real gəliri 20 min avro təşkil edəcək. Növbəti illərdə isə Kanenin məvacibi get-gedə artırılacaq.

Böyük ehtimalla, o, cari mövsümü yenə Azərbaycanda keçirəcək. Hər halda “Neftçi” ilə “Olimpiakos” rəhbərliyi arasında gedən danışıqlarda bu məsələ müzakirə olunur.

Yunanlar gənc oyunçunun transfer hüququna yiyələnəndən sonra onun icarəyə verilməsini istəyir. Odur ki, “Neftçi” Kaneni bu yolla hələ bir müddət öz düşərgəsində saxlamaqda maraqlıdır.

“Olimpiakos” qış fasiləsində legionerlərdən kimisə satarsa, qvineyalını vaxtından qabaq - yeni ilın ilk ayında geri qaytara bilər.

Kane “Neftçi” ilə müqaviləsini yeniləyib. Düzdür, hələlik bu haqda ictimaiyyətə rəsmi açıqlama verilməyib, ancaq bizə bəllidir ki, futbolçu klubra razılaşma əldə edib.

Bu isə əslində afrikalının “Olimpiakos”a satılmasına icazə verilməsinə dair qoyduğu tələbə rəsmilərin müsbət yanaşması nəticəsində reallaşıb.

“Neftçi” başbilənləri onun keçidindən daha çox pul qazanmaq niyyəti ilə müqaviləni uzadıb.

Digər Xəbərlər
Xəbər Lenti