Azərbaycanda çıxış edən legioner məşhur klubla neçə illik müqavilə imzalayacaq?

27 Avqust 2021 19:00 Neftçi 1 314
Azərbaycanda çıxış edən legioner məşhur klubla neçə illik müqavilə imzalayacaq?

“Neftçi”nin qvineyalı legioneri Mamadu Kane yaxın günlərdə “Olimpiakos”la müqavilə bağlayacaq.

Bu barədə Sportinfo.az-a paytaxt klubundan bildirilib.

Verilən məlumata görə, yarımmüdafiəçi hazırda Yunanıstandadır. O, dünən İsraildən – “Makkabi” ilə matçdan sonra birbaşa Afinaya yollanıb.

2019-cu ildən ağ-qara formanı geyinən afrikalının Ellada təmsilçisi ilə uzunmüddətli – 4 illik müqavilə imzalaması planlaşdırılır.

Amma böyük ehtimalla, o, cari mövsümü yenə Azərbaycanda keçirəcək. Hər halda “Neftçi” ilə “Olimpiakos” rəhbərliyi arasında gedən danışıqlarda bu məsələ müzakirə olunur.

Yunanlar gənc oyunçunun transfer hüququna yiyələnəndən sonra onun icarəyə verilməsini istəyir. Odur ki, “Neftçi” Kaneni bu yolla hələ bir müddət öz düşərgəsində saxlamaqda maraqlıdır.

“Olimpiakos” qış fasiləsində legionerlərdən kimisə satarsa, qvineyalını vaxtından qabaq - yeni ilın ilk ayında geri qaytara bilər.

Kane “Neftçi” ilə müqaviləsini yeniləyib. Düzdür, hələlik bu haqda ictimaiyyətə rəsmi açıqlama verilməyib, ancaq bizə bəllidir ki, futbolçu klubra razılaşma əldə edib.

Bu isə əslində afrikalının “Olimpiakos”a satılmasına icazə verilməsinə dair qoyduğu tələbə rəsmilərin müsbət yanaşması nəticəsində reallaşıb.

“Neftçi” başbilənləri onun keçidindən daha çox pul qazanmaq niyyəti ilə müqaviləni uzadıb.

Digər Xəbərlər
Xəbər Lenti