Sponsorun “Neftçi”yə vəd etdiyi 2 milyon manat İsraildə “yoxa çıxdı”

27 Avqust 2021 15:00 Neftçi 2 315
Sponsorun “Neftçi”yə vəd etdiyi 2 milyon manat İsraildə “yoxa çıxdı”

“Neftçi” dünən avrokuboklarda çıxışını dayandırdı. “

Ağ-qaralar” İsraildə “Makkabi”yə məğlub olaraq, Konfrans Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq şansını boşa verdi.

Paytaxt təmsilçisi bununla yalnız azarkeşlərini məyus etmədi, eyni zamanda, UEFA-dan və sponsorlardan gələcək puldan məhrum oldu.

Dünən axşam saatlartında xəbər vermişdik ki, SOCAR “Neftçi”yə ayrılan büdcəni yeniləyib. Neft şirkəti paytaxt klubunun xəzinəsini daha 1 milyon manat zənginləşdirib.

Bu vəsait sırf yeni transferlərin həyata keçirilməsi üçün nəzərdə tutulub.

“Ağ-qaralar” bu yay 5 yeni futbolçunu sıralarına qatıb: Sezar Meza Kolli ("Keşlə"), Harramiz ("Eştoril", Portuqaliya), Xəyal Nəcəfov ("Sumqayıt"), Romen Bask ("Havr", Fransa), Huqo Basto ("Eştoril", Portuqaliya).

Işdir, “Neftçi” dünən Hayfa təmsilçisinə üstün gəlsəydi, SOCAR “ağ-qaralar”a daha 2 milyon manat ayıracaqdı.

Hər halda “Makkabi” ilə matçdan öncə klub rəsmilərinə bu barədə “yuxarı”dan məlumat verilib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti