“Neftçi”nin prezidentindən ŞOK ETİRAF - Bizim “Qarabağ” olmağımıza hələ çox var

27 Avqust 2021 11:20 Neftçi 2 308
“Neftçi”nin prezidentindən ŞOK ETİRAF - Bizim “Qarabağ” olmağımıza hələ çox var

“Qarabağ” səfərdə parlaq oyun sərgiləyərək 8-ci dəfə avrokubokların qrup mərhələsinə vəsiqə qazandı.

Azərbaycan çempionu “Neftçi” isə ölkəni yenə də biabır etdi.

“Qarabağ” dalbadal 7 dəfə çempion olanda, çoxları bu yeknəsəklikdən bezərək, çempionun dəyişməsini istəyirdi.

Hətta “Qarabağ”ı ləkələmək istəyənlər də olurdu. Çoxlarına elə gəlirdi ki, “Neftçi” də çempion olsa, “Qarabağ”ın uğurunu təkrarlaya, yerişini yeriyə bilər.

“Neftçi” çempion oldu, klub rəhbərliyinin Araz aşığından, Kür topuğundan idi çempionluqdan sonra. Amma baxmayaraq ki, hər kəsə bir nəsnə aydın idi:

“Qarabağ”ı taxtdan salmaq uğur deyil, avrokuboklarda nəticə qazanmaq sayılacaq uğur. Və o da aydın ki, çempion olan “Neftçi” avrokubokların qrup mərhələsinə vəsiqə əldə etməsə, kəskin tənqidlərə tuş gələcək.

Hər şey gözlənildiyi kimi oldu: “Neftçi”nin uğur qazanacağını ağılı başında olan kimsə proqnozlaşdırmırdı. Elə də oldu.

Və tənqid dalğası da gözlənilən kimi. Hesab edirik ki, bu biabırçılıqdan sonra çoxları ağıllanmalıdır. Və ilk növbədə “Neftçi” rəhbərliyi.

Deyirlər, “Neftçi”nin prezidenti Kamran Quliyev “Makkabi” ilə qarşılaşmadan sonra təyyarədə futbolçularına şok etiraf edib. O, təxminən bu tərzdə monoloq söyləyib:

“İmkan tapıb, “Qarabağ”ın “Aberdin”lə oyununa baxdım. Mənə aydın oldu ki, futbolu “Qarabağ” oynayır. “Neftçi” futbol yox, nəsə başqa şey oynayır.

Başa düşdüm ki, çempionluqdan da önəmli dəyərlər var. Məsələn, ölkənin mənafeyi, maraqları.

Düşünürəm ki, çempion “Qarabağ” olsaydı, bəlkə də Azərbaycan Çempionlar Liqasının qrupunda təmsil olunardı, ən azı Avropa Liqasının qrupunda.

Kimə lazımdır o çempionluq ki, ölkənin mənafeyinə zərrə qədər də xidmət etməyəcək?

Başa düşdüm ki, bizim “Qarabağ” olmağımıza hələ çox var. Ona görə də, ağır da olsa, sizin qarşınızda etiraf edirəm: bizim çempion olmağımız ədalətli deyildi.

Səhv edərik, bundan sonra çempionluq iddiasına düşərik. Ən önəmlisi Azərbaycan futbolunun maraqlarıdır. Qoy bu maraqları qoruya biləcək klub çempion olsun”.

Əhsən! Ədalətli, vicdanlı, ölkənin maraqlarını düşünə bilən əsl vətəndaş belə deyə bilər ancaq. Bu, bir klubun prezidenti olmazdan əvvəl, öncə əsl vətəndaş olmaq deməkdir.

Əgər siz Kamran Quliyevdə bu xüsusiyyətləri görürsünüzsə, onda bizim yazdıqlarımıza inanın. İnanın ki, bu adam elə belə də deyib.

Yox, onda bu xüsusiyyətlərdən əsər-əlamət görmürsünüzsə... Görmürsünüzsə, daha nə deyə bilərik ki (atmaca)...

BİZ

Digər Xəbərlər
Xəbər Lenti