"Neftçi" məşhur klubun TRANSFER TƏKLİFİNİ dəyərləndirir

26 Avqust 2021 23:40 Neftçi 1 607
"Neftçi" məşhur klubun TRANSFER TƏKLİFİNİ dəyərləndirir

"Neftçi"nin qvineyalı yarımmüdafiəçisi Mamadu Kanenin Yunanıstan "Olimpiakos"una mümkün keçidi ilə əlaqədar danışıqlar davam edir.

Sportinfo.az xəbər verir ki, bu barədə "ağ-qaralar"ın baş məşqçisi Samir Abasov açıqlama verib.

43 yaşlı mütəxəssis bildirib ki, məsələyə yaxın günlərdə aydınlıq gələcək.

Onun fikrincə, Kanenin "Olimpiakos"a transferi alınarsa, bunun qarşısını kəsmək insafsızlıq olar:

"Hamı belə komandalarda oynamağa can atır. Danışıqlarımız davam edir. Yaxın günlərdə məsələyə aydınlıq gələcək".

Digər Xəbərlər
Xəbər Lenti