"Neftçi"ni 4:0 udandan sonra: "Bu gecə tarix yazdıq"

26 Avqust 2021 23:30 Neftçi 628
"Neftçi"ni 4:0 udandan sonra: "Bu gecə tarix yazdıq"

"Yaxşı komandaya qarşı oynayırdıq.

Amma matça inamlı başladıq. Nəticə bizim üçün də sürpriz oldu".

Sportinfo.az xəbər verir ki, bunu "Makkabi"nin (Hayfa) baş məşqçisi Barak Baxar evdə "Neftçi"yə 4:0 hesabı ilə qalib gəldikləri Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.

42 yaşlı mütəxəssis dəstəyə görə azarkeşlərə təşəkkürünü bildirib: "Neftçi" kimi komandanı udmaq asan deyil.

İlk matçda buraxdığımız qollardan sonra ikinci görüşə daha hazır gəldik. Oyunçularıma təşəkkür edirəm. Bu gecə tarix yazdıq".

Digər Xəbərlər
Xəbər Lenti