Tanınmış qolçu “Neftçi”də 900 min avro qazanacaq - SON DƏQİQƏ

27 Avqust 2021 09:40 Neftçi 2 985
Tanınmış qolçu “Neftçi”də 900 min avro qazanacaq - SON DƏQİQƏ

“Neftçi”nin Avstraliya yığmasının hücumçusu Nikita Rukavitsaya təklif etdiyi müqavilənin müddəti və məbləğı məlum olub.

Sportinfo.az-ın məlumatına görə, “ağ-qaralar” 34 yaşlı forvardla 2 illik anlaşmağa cəhd göstərir.

“Yaşıl qitə”dən olan legioner Bakıdan aldığı çağırışı qəbul eləsə, bu müddət ərzində 900 min avro qazanacaq.

Onun son klubu “Makkabi” (Hayfa) olub. Hazırda azad agent status daşıyan hücumçu ötən mövsüm İsrail təmsilçisinin heyətində 22 oyuna 19 qol vurub.

Forvard daha əvvəl Niderlandda "Tvente", Almaniyada "Herta", "Maynts" və "Frankfurt"un da şərəfini qoruyub.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!