"Onlar "Neftçi"yə fayda verməyə hələ hazır deyil"

5 Avqust 2021 22:20 Neftçi 1 195
"Onlar "Neftçi"yə fayda verməyə hələ hazır deyil"

"Finlandiya təmsilçisi tanınmış klublardandır.

Uzun illərdir HİK adının məşhur olduğunu bilirik. Amma hər halda "Olimpiakos"dan güclü ola bilməz".

Bu sözləri Sportinfo.az-a açıqlamasında Avropa Liqasının III təsnifat mərhələsinin "Neftçi" - HİK çütünü dəyərləndirən millimizin məşqçisi Arif Əsədov deyib.

Təcrübəli mütəxəssis təmsilçimizin geniş heyətə sahib olmamasını əsas problem kimi görüb: "Neftçi"də ehtiyat qüvvənin olmaması problem yarada bilər.

Bunun zədəsi var, vərəqəsi var. Hazırkı "Neftçi"də isə bir futbolçunun yoxluğu itki sayılacaq. HİK-lə oyunda belə bu heyətlə komanda çətinlik yaşaya bilər".

Mütəxəssis belə turnirlərə daha hazırlıq getməyin vacib olduğunu bildirib: "Belə turnirlərdə uğurlu çıxış etmək üçün gərək iki bərabər səviyyəli heyətin olsun.

Düzdür, komandada yaxşı gənclər var. Amma bu gün Avropa Liqasında komandaya fayda vermək üçün hələ hazır deyillər".

Digər Xəbərlər
Xəbər Lenti