"Neftçi"nin legioneri xəstəliyə yoluxdu – HİK-lə matçı buraxacaq

3 Avqust 2021 20:50 Neftçi 1 179
"Neftçi"nin legioneri xəstəliyə yoluxdu – HİK-lə matçı buraxacaq

"Neftçi" Finlandiyanın HİK (Helsinki) komandasına qarşı UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunu öncəsi daha bir itki ilə üzləşib.

Sportinfo.az xəbər verir ki, bu barədə "report"a paytaxt klubunun Media, marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Rüstəm Allahverdiyev məlumat verib.

Onun sözlərinə görə, portuqaliyalı futbolçu Huqo Basto qrip olduğu üçün matçı buraxacaq. Abdullayev portuqaliyalı müdafiəçinin koronavirusa yoluxmadığını, hər iki testinin mənfi çıxdığını bildirib.

"Neftçi"nin heyətində Basto ilə yanaşı, Namik Ələskərov və Mert Çelik də bu gün meydana çıxmayacaq.

Digər Xəbərlər
Xəbər Lenti