"Fiziki baxımdan rəqib bizdən yaxşı ola bilər, amma..." - Emin Mahmudov

2 Avqust 2021 19:20 Neftçi 596
"Fiziki baxımdan rəqib bizdən yaxşı ola bilər, amma..." - Emin Mahmudov

"Baş məşqçinin rəqib haqqındakı fikirləri ilə tam razıyam. Fiziki baxımdan bizdən yaxşı ola bilərlər. Amma öz meydanımızda oynayırıq. Samir müəllimin tapşırıqlarını yerinə yetirərək, qalib gəlmək istəyirik".

Sportinfo.az xəbər verir ki, bunu "Neftçi"nin kapitanı Emin Mahmudov Bakıda Finlandiya HİK-inə qarşı keçirəcəkləri UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunundan öncə mətbuat konfransında deyib.

Qeyd edək ki, avqustun 3-də "Bakcell Arena"da oynanılacaq "Neftçi" - HİK matçı saat 21:00-da başlayacaq. Cavab görüşü avqustun 12-də Helsinkidə olacaq.

Digər Xəbərlər
Xəbər Lenti