"Neftçi"yə qol vurmaq üçün 6 hücumçu sifariş etdilər

2 Avqust 2021 16:00 Neftçi 654
"Neftçi"yə qol vurmaq üçün 6 hücumçu sifariş etdilər

"Neftçi"nin UEFA Avropa Liqasının III təsnifat mərhələsindəki rəqibi olan Finlandiya HİK-i iştirak ərizəsini UEFA-ya göndərib.

Sportinfo.az xəbər verir ki, Helsinki təmsilçisi "ağ-qaralar"la oyunlara 22 futbolçu sifariş edib.

Onlardan 3-ü qapıçı, 8-i müdafiəçi, 5-i yarımmüdafiəçi, 6-sı hücumçudur. HIK-in heyətində cəmi 8 legioner yer alıb.

"Neftçi" və HİK arasında ilk oyun avqustun 3-də Bakıda, cavab görüşü isə avqustun 12-də Helsinkidə olacaq.

Qapıçılar: Yakob Tonnander (İsveç), Hüqo Keto, Matias Niemela

Müdafiəçilər: Yanne Saksela, Markus Halsti, Deniel O Şonessi, Luis Karlos Murilyo (Kolumbiya), Miro Tenho, Valtteri Moren, Dilan Marneyn (İtaliya), Kevin-Kuassivi Benisson

Yarımmüdafiəçilər: Jair (Braziliya), Lukas Linqman, Sebastyan Dalström, Tim Sparv, Devid Braun (Papua Yeni Qvineya)

Hücumçular: Luis Enrike (İtaliya), Riku Riski, Roope Riski, Filip Valençiç (Sloveniya), Entoni Olusanya, Atomu Tanaka (Yaponiya)

Digər Xəbərlər
Xəbər Lenti