"Neftçi"nin potensial rəqibi müəyyənləşdi - Avroliqada

2 Avqust 2021 15:12 Neftçi 853
"Neftçi"nin potensial rəqibi müəyyənləşdi - Avroliqada

Avropa Liqasında pley-off mərhələsinin püşkü atılıb.

Sportinfo.az xəbər verir ki, Azərbaycan çempionu “Neftçi”nin avrokuboklardakı növbəti mümkün rəqibi bəlli olub.

Bakı klubu III təsnifat mərhələsində Finlandiya təmsilçisi HİK-i adlasa, "Fənərbaxça" ilə qarşılaşacaq.

“Neftçi” – HİK cütünün qalibi ilk matçı səfərdə keçirəcək. Pley-offun qarşılaşmaları avqustun 19-da və 26-da keçiriləcək.

"Neftçi” HİK-ə qarşı ilk oyunu avqustun 3-də, cavab görüşünü 12-də keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti