"Neftçi"dən ayrıldı, Yunanıstanın ikinci liqasına getdi

30 İyul 2021 14:20 Neftçi 1 261
"Neftçi"dən ayrıldı, Yunanıstanın ikinci liqasına getdi

Son 2 mövsümü "Neftçi"də keçirən Stiven Jozef-Monzorun yeni klubu müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, fransalı yarımmüdafiəçi karyerasını Yunanıstanda davam etdirəcək.

31 yaşlı futbolçu "Ksanti"yə keçib.

Bu barədə ikinci liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Müqavilənin detalları açıqlanmayıb.

Monroz “Neftçi”də keçirdiyi iki mövsüm ərzində 44 oyunda 12 qola imza atıb. O, 2020/2021 mövsümündə "ağ-qaralar"ın heyətində ölkə çempionu olub.

Digər Xəbərlər
Xəbər Lenti