"Olimpiakos" həm klub, həm də səviyyəsinə görə "Neftçi"ni üstələdi"

30 İyul 2021 11:40 Neftçi 671
"Olimpiakos" həm klub, həm də səviyyəsinə görə "Neftçi"ni üstələdi"

"Neftçi"nin "Olimpiakos"a məğlubiyyəti ilk növbədə reallıqdır.

Büdcələr arasından yerlə-göy arasında fərq var.

Bəli, biz mərhələ keçə bilərdik, amma reallıqda "Olimpiakos, həm klub kimi, həm də oyunçuların səviyyəsinə görə "Neftçi"ni üstələyirdi".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Neftçi"nin "Olimpiakos"a məğlub olaraq Çempionlar Liqasından kənarda qalmasına münasibət bildirən millinin məşqçisi Arif Əsədov deyib.

Təcrübəli mütəxəssis təmsilçimizin ehtiyat heyətinin olmamasını xüsusi vurğulayıb: "Neftçi"nin ehtiyat qüvvəsinin olmaması da məğlubiyyətə səbəb oldu.

Rəqibin də əsas heyət oyunçuları yox idi. Ehtiyat qüvvə ilə oynayırdılar. Belə klublarda ehtiyat oyunçu olmur. Demək olar bərabər səviyyəli iki heyət olur. Ancaq bizdə bir oyunçunun yoxluğu özünü göstərir.

Dünənki oyunda sonradan meydana çıxanlar cavanlar idi. Onlar inkişaf etmək baxımından oyuna daxil oldular. Amma nəticəni dəyişmələri reallıqdan uzaqdır".

Əsədov ilk oyundan sonra rəqibin "Neftçi"yə daha ciddi yanaşdığını düşünür: "Olimpiakos" ilk oyunda "Neftçi"nin gücünü görmüşdü.

Məncə, bir qədər ehtiyatlanırdılar. Analiz etmişdilər ki, "Neftçi"nin ən güclü mövqeyi orta xəttidir. Kreativ futbolçulara imkan versən nəsə edə bilərlər.

Bu baxımdan beşli müdafiə ilə ortada sıxlıq yaratmaqla həmin futbolçuları rahat bağlamışdılar. Dediyim odur ki, "Neftçi"dən ehtiyatlanırdılar".

51yaşlı mütəxəssis Namiq Ələsgərovun yoxluğundan da söz açıb: "Namiq "Neftçi" üçün böyük qüvvədir. Son dönəmlər komandanın qol silahıdır.

Özündə də böyük inam yaranmışdı. Meydanda olsaydı rəqib müdafiəçilər üçün çətinlik yarada bilərdi.

Namiqin yoxluğunda cinah oyunçusu Harramiz hücuma qoyulmuşdu. Sonradan Mirabdulla meydana çıxdı. İkinci hissə o da əvəzləndi.

Bu gün "Neftçi"nin hücumunda ciddi problemi var. Amma onu da tam demək olmaz ki, Namiq olsaydı hər şey başqa olacaqdı".

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!