UEFA "Neftçi"ni şotlandlara "təslim etdi"

30 İyul 2021 09:00 Neftçi 1 125
UEFA "Neftçi"ni şotlandlara "təslim etdi"

"Neftçi"nin Finlandiyadan HİK-ə qarşı Avropa Liqasının III təsnifat mərhələsinin Bakıda keçiriləcək ilk oyununun hakimləri bəlli olub.

Sportinfo.az xəbər verir ki, qarşılaşmanı Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək.

FIFA refirisi Uilyam Kolluma Devid Makgiçi və Şon Karr köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Yuan Anderson yerinə yetirəcək.

Avqustun 3-də "Bakcell Arena"da oynanılacaq "Neftçi" - HİK matçı saat 21:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti