"Neftçi"nin kapitanının gözünə yuxu getmədi, "feysbuk"da yazdı ki…

29 İyul 2021 12:40 Neftçi 1 275
"Neftçi"nin kapitanının gözünə yuxu getmədi, "feysbuk"da yazdı ki…

"Neftçi"nin yarımmüdafiəçisi Emin Mahmudov Bakıda "Olimpiakos"a 0:1 hesabı ilə uduzduqları Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunundan sonra sosial şəbəkədə paylaşım edib.

Sportinfo.az xəbər verir ki, komandanın kapitanı "ağ-qaralar"ın azarkeşlərininə müraciət ünvanlayıb.

"Dəstəyinizə göre təşəkkür edirem. Əfsuslar olsun ki, sizi sevindirə bilmədik", - deyə yarımmüdafiəçi "feysbuk" səhifəsində yazıb.

"Neftçi" Afinadakı ilk matçda da rəqibinə 0:1 hesabı ilə uduzub.

Ölkə çempionu Avropa Liqasının III təsnifat mərhələsində Finlandiyanın HİK klubu ilə üz-üzə gələcək. Bakıdakı qarşılaşma avqustun 3-də olacaq, cavab görüşü isə avqustun 12-də keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı