"Neftçi"dən cavab - Yunan mətbuatının belə hay-küyünə əsas varmı?

26 İyul 2021 17:00 Neftçi 1 713
"Neftçi"dən cavab - Yunan mətbuatının belə hay-küyünə əsas varmı?

Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivısində "Neftçi" - "Dinamo" Tbilisi görüşünün keçirildiyi "Baksel Arena"nın ot örtüyünün yaxşı vəziyyətdə olmaması Yunanıstan mətbuatının diqqətindən qaçmamışdı.

Hətta "Olimpiakos" - "Neftçi" arasında baş tutmuş ilk oyundan əvvəl bu barədə narazıçılıqların bildirmişdilər.

Görəsən, arenada indi vəziyyət necədir? Ümumiyyətlə, yunan mətbuatının belə hay-küyünə əsas vardımı?

"Neftçi"nin mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev suallarımıza cavab olaraq Sportinfo.az-a açıqlamasında bunları deyib:

"Baksel Arena"nın ot örtüyü o qədər də faciəli halda deyil. Sadəcə, ilin bu vaxtı torpaq yumşaq olur, deyə, "Dinamo" ilə oyunda problem vardı.

Digər tərəfdən həm meydan sulanmışdı, həm də yağış yağdığı üçün meydan sürüşkən idi. Amma indi ot örtüyü normal vəziyyətdədir. Heç də yunan mətbuatının yazdığı vəziyyətdə deyil".

Çempionlar Liqasının II təsnifat mərhələsinin "Neftçi" - "Olimpiakos" arasındakı cavab görüşü 28 iyul 21:00 "Baksel Arena"da keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"