La Liqa klubu "Neftçi"nin futbolçusunun arxasınca gəldi

23 İyul 11:40 Neftçi 2 604
La Liqa klubu "Neftçi"nin futbolçusunun arxasınca gəldi

«Neftçi»nin yarımmüdafiəçisi Mamadu Kane İspaniya klubunun «radar»ına düşüb.

Roberto Bordinin ağ-qara forma geyindirdiyi azsaylı legionerlərdən biri olan qvineyalı legioner «Levante»nin diqqətini çəkib.

La Liqa klubunun 2 meneceri 1997-ci il təvəlüdlü afrikalını izləmək üçün Yunanıstana yollanıb.

«Neftçi»nin Çempionlar Liqasının II təsnifat mərhələsində «Olimpiakos»la keçirdiyi ilk oyunu (1:0) stadiondan izləyən nümayəndələrin Kane ilə bağlı təəssüratı müsbətdir.

Bakı klubunun prezidenti Kamran Quliyev afrikalı gəncin transfer qiymətinin 1 milyon dollar təşkil etməsini açqlayıb. İspaniyalı skautlar bundan xəbərdardır.

Amma bu, hələ o demək deyil ki, Kaneni transfer etmək fikrini qətiləşdirsələr, tələb olunan məbləği ödəyəcəklər. Onlar bu kimi «gözlənilməz tapıntılar» üçün maksimum 300 min avro nəzərdə tutub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti