Olay yaşayan "Neftçi"li xəstəxanadan yazdı: "Hər şey yaxşıdır" - FOTO

22 İyul 13:20 Neftçi 664
Olay yaşayan "Neftçi"li xəstəxanadan yazdı: "Hər şey yaxşıdır" - FOTO

Yunanıstanda "Olimpiakos"la Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda zədələnən "Neftçi"nin futbolçusu Namik Ələskərov sosial şəbəkədə paylaşım edib.

Sportinfo.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi instaqramda öz fotosunu paylaşıb.

"Hər şey yaxşıdır. Dəstəyinizə görə hər birinizə təşəkkür edirəm", - deyə Ələskərov bildirib.

43-cü dəqiqədə rəqib futbolçu Məhəmməd Kamaranın kobud oyunundan sonra başından qan açılan Ələskərov görüşü davam etdirə bilməyib.

Onun əvəzinə meydana Mirabdulla Abbasov daxil olub. Futbolçunun burun, almacıq və kəllə-beyin nahiyəsində sınıqlar aşkarlanıb.

Qarşılaşma "Neftçi"nin minimal hesablı məğlubiyyəti ilə başa çatıb - 0:1.

Digər Xəbərlər
Xəbər Lenti
19 Sentyabr 16:00 İndi say, babam, say!