"Neftçi" öz oyununu oynasa, "Olimpiakos"a başağrısı olacaq”

21 İyul 2021 15:00 Neftçi 739
"Neftçi" öz oyununu oynasa, "Olimpiakos"a başağrısı olacaq”

"Olimpiakos"un güclü rəqib olmasını hər kəs bilir".

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sabah”ın sabiq baş məşqçisi Elşad Əhmədov deyib.

Bu gün "Neftçi" komandası Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyununa çıxacaq. Yunanıstanın Pirey şəhərində keçiriləcək görüşdə rəqib "Olimpiakos" olacaq.

3 illik aradan sonra yenidən "Neftçi"yə qayıdan və akademiyanın koordinatoru kimi çalışmağa başlayan mütəxəssis Əhmədov belə rəqibə qarşı oynamağın mümkünlüyünü dilə gətirib:

"Mənim fikrimcə, "Neftçi" öz oyununu oynasa, onlara başağrısı olacaq. "Dinamo" qol vurandan sonra 12-15 dəqiqə oynadığı oyunu "Neftçi" tutsa, yaxşı olacaq. Məşqçilər və rəhbərlik də bunu bilir”.

Digər Xəbərlər
Xəbər Lenti
30 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
30 Sentyabr 02:00 Azərbaycan Türkiyə ilə...