"Neftçi"nin təklifi cəlbedici idi, bu fürsəti qaçıra bilməzdim"

21 İyul 2021 14:20 Neftçi 1 010
"Neftçi"nin təklifi cəlbedici idi, bu fürsəti qaçıra bilməzdim"

"Ötən mövsüm İtaliyadan "Kyevo" ilə danışığımız oldu. Amma yekunda konkret bir şey olmadı".

Sportinfo.az xəbər verir ki, bu sözlər "Neftçi" ilə 2 illik müqavilə bağlyan Roman Baska məxsusdur.

26 yaşlı fransalı müdafiəçinin sözlərinə görə, özünü ölkə xaricində sınamaq istəyi bu qərarında həlledici olub: "Neftçi" rəhbərliyi əvvəlcə agentim, ardınca isə mənimlə əlaqə saxladı.

Onlar mənə öz layihələrini təqdim etdilər, klubun yaxşı infrastruktura malik olduğunu və bu mövsüm Çempionlar Liqasında pley-offa çıxmaq istədiklərini bildirdilər.

Bir az düşünmək lazım gəlsə də, təklif cəlbedici idi. Avropanın o biri ucuna ani qərarla getmirik.

Bu barədə ailəmlə çox danışdım, orada oynayan futbolçulardan da məlumat aldım. Sonda bu fürsəti qaçırmamalı olduğum qənaətinə gəldim".

Digər Xəbərlər
Xəbər Lenti
30 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
30 Sentyabr 02:00 Azərbaycan Türkiyə ilə...