“Neftçi”dən: “Hazırda bizim futbolçularla maraqlanan Türkiyə klubları var”

22 İyun 2021 17:00 Neftçi 1 313
“Neftçi”dən: “Hazırda bizim futbolçularla maraqlanan Türkiyə klubları var”

"Türkiyə Super Liqasını və I Liqanı yaxından izləyirik”.

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Neftçi"nin prezidenti Kamran Quliyev "beIN Sports" telekanalına açıqlamasında deyib.

O, türkiyəli oyunçuların "Neftçi"yə mümkün keçidləri barədə sualı cavablandırıb:

“Bizə tövsiyə olunan futbolçular da var. İnanmaq istərdim ki, nəinki Türkiyədən buraya, Azərbaycandan da Türkiyəyə futbolçular gedəcək.

Hazırda bizim futbolçularla maraqlanan Türkiyə klubları var. Türkiyə və Azərbaycan yığmaları arasındakı yoldaşlıq oyunundan sonra bir neçə futbolçu ilə bağlı bizə müraciətlər ünvanlandı.

Agentlər və klublar maraqlanır, bu, yaxşı haldır. Futbolçularımız Türkiyə Super Liqasında çıxış etsələr, biz də çox xoşbəxt olarıq".

Quliyev azərbaycanlı futbolçuların və onlarla maraqlanan klubların adlarını çəkmək istəməyib: "Neftçi"nin oyunçusu və ya hansısa azərbaycanlı futbolçu Superliqaya getsə, xoşbəxt olarıq".

Digər Xəbərlər
Xəbər Lenti