"Neftçi"nin söz sahibi tələb etdi: “Nəyin bahasına olur-olsun…“

18 İyun 2021 13:00 Neftçi 1 349
"Neftçi"nin söz sahibi tələb etdi: “Nəyin bahasına olur-olsun…“

"Neftçi" rəhbərliyi Çempionlar Liqası ilə bağlı hədəfini müəyyənləşdirib.

Sportinfo.az-ın məlumatına görə, baaş məşqçi Samir Abasovdan I təsnifat mərhələsində "Dinamo" səddini keçmək tələb olunub.

Bu, konkret olaraq Müşahidə Şurasının üzvü, klubda əsas söz sahibi sayılan Zaur Qəhrəmanovun istəyidir.

SOCAR-ın Türkiyədəki törəməsi - “SOCAR Turkey Enerji A.Ş.”nin baş direktoru“nəyin bahasına olur-olsun, Gürcüstan çempionunu mübarizədən kənarlaşdırmalıyıq“ tapşırığı verib.

“Neftçi”nin Tbilisidə keçirəcəyi ilk oyun iyulun 7-də Boris Payçadze adına “Dinamo Arena”da baş tutacaq. Görüş Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.

Bu komandalar arasında cavab matçı iyulun 14-də “Bakcell Arena”da təşkil ediləcək.

Digər Xəbərlər
Xəbər Lenti