“Neftçi”nin gözlədikləri və ya “Qarabağ”la “Qəbələ”nin “tanış”ları

15 İyun 2021 12:40 Neftçi 1 298
“Neftçi”nin gözlədikləri və ya “Qarabağ”la “Qəbələ”nin “tanış”ları

“Neftçi” Çempionlar Liqasında özü üçün yeni rəqiblə qarşılaşacaq.

Sportinfo.az xəbər verir ki, I təsnifat mərhələsində Bakı klubu ilə qarşılaşa biləcək 4 komandadan heç biri əvvəllər “ağ-qaralar”la avrokubok duelinə çıxmayıb.

Bu gün baş tutacaq püşkatmada paytaxt təmsilçisi “Lüdoqorets” (Bolqarıstan), “Şerif” (Moldova), “Dinamo” (Tbilisi, Gürcüstan) və “Kayrat” (Qazaxıstan) klublarından biri ilə üz-üzə gələcək.

Düzdür, “Neftçi” bu komandalardan üçü ilə SSRİ miqyaslı turnirlərdə və ya “Birlik kuboku”nda qarşılaşıb. Yeganə istisna Bolqarıstan təmsilçisidir. Lakin avrokuboklarda dörd rəqibin heç biri ilə görüşmədiyindən bu il ilk yaşanacaq.

“Neftçi” ilə qarşılaşmayan bu 4 klubdan ikisi digər Azərbaycan komandaları ilə üz-üzə gəlib. “Şerif” “Qarabağ”a, “Dinamo” “Qəbələ”yə tanışdır.

Ağdam təmsilçisi moldovalılarla həm Çempionlar Liqası, həm Avropa Liqasında qarşılaşıb. Hər üç dueldə mərhələ keçən “Qarabağ” 5 oyunda 3 qələbə qazanıb, 1 heç-heçə edib və 1 dəfə məğlub olub.

“Qəbələ” Gürcüstan təmsilçisi ilə Avropa Liqasında iki dəfə rəqib olub. Hər komanda bir dəfə mərhələ adlayıb. Lakin təmsilçimiz 1, “Dinamo” üç qələbə qazanıb (apasport.az).

Azərbaycan klubları “Şerif”ə qarşı
2017/18 mövsümü
Çempionlar Liqası, III təsnifat mərhələsi

Qarabağ – Şerif (Moldova) – 0:0, 2:1
2018/19 mövsümü
Avropa Liqası, pley-off mərhələsi

Şerif (Moldova) – Qarabağ – 1:0, 0:3
2020/21 mövsümü
Çempionlar Liqası, II təsnifat mərhələsi

Qarabağ – Şerif (Moldova) – 2:1

Azərbaycan klubları “Dinamo”ya qarşı
2015/16 mövsümü
Avropa Liqası, I təsnifat mərhələsi

Dinamo (Tiflis, Gürcüstan) – Qəbələ - 2:1, 0:2
2019/20 mövsümü
Avropa Liqası, II təsnifat mərhələsi

Qəbələ - Dinamo (Tbilisi, Gürcüstan) – 0:2, 0:3

Digər Xəbərlər
Xəbər Lenti