"Neftçi"yə ulduz kimi gəldi, amma… 22 nəfərdən biri olmadı

13 İyun 2021 22:40 Neftçi 1 708
"Neftçi"yə ulduz kimi gəldi, amma…  22 nəfərdən biri olmadı

Asiya futbol tarixinin rəmzi komandası açıqlanıb.

Sportinfo.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) əsas və B komandalarını müəyyənləşdirib.

Siyahıda daha çox – 6 futbolçu Yaponyanı təmsil edir. Maraqlıdır ki, mövsümün son 2 ayını "Neftçi"də keçirmiş Keysuke Honda bu siyahıdan kənarda qalıb.

Cənubi Koreyadan 4 oyunçu rəmzi komandalara daxil ola bilib.

Səudiyyə Ərəbistanı, həmçinin Asiya zonasına daxil olan Avstraliyanın hərəsinin 3 üzvü də burada yer alıb. İran 2, digər 4 ölkə - Çin, Qətər, Oman və Tailand hərəyə 1 oyunçu ilə təmsil olunub.

Snickers

Əsas “11-lik”
Qapıçı:
Məhəmməd Əl Deaya (Səudiyyə Ərəbistanı);
Müdafiəçilər: Mehdi Mahdavikiya (İran), Myung-Bo Honq (Cənubi Koreya), Yasuhiko Okudera (Yaponiya);
Yarımmüdafiəçilər: Vu Ley (Çin), Şinji Kaqava (Yaponiya), Mayl Yedinak (Avstraliya), Ji-Sunq Park;
Hücumçular: Heunq Min Son, Bum Kun Ça (hamısı Cənubi Koreya), Abdulah Maced (Səudiyyə Ərəbistanı).

B komandası
Qapıçı:
Ali Al Habsi (Oman);
Müdafiəçilər: Lukas Neyl (Avstraliya), Tiraton Bunmatan (Tailand), Maya Oşida, Yuko Naqatomo;
Yarımmüdafiəçilər: Matete Hasebe (hamısı Yaponiya), Said Al Ovayran (Səudiyyə Ərəbistanı), Tim Kehill (Avstraliya);
Hücumçular: Kazuyoşi Miura (Yaponiya), Ali Daei (İran), Ali Almoez (Qətər).

Digər Xəbərlər
Xəbər Lenti