Abasovun "Neftçi"də görmək istədiyi qapıçı(lar)

13 İyun 2021 13:00 Neftçi 2 425
Abasovun "Neftçi"də görmək istədiyi qapıçı(lar)

Maliyyə şərtlərində Səlahət Ağayevlə anlaşa bilməyən «Neftçi» yeni qapıçı axtarışlarını həm ölkə daxilində, həm də xaricdə davam etdirir.

Samir Abasovun xidmətində maraqlı olduğu yerli Emil Balayevdir.

Ötən mövsümdən «Qarabağ»da çıxış eləyən kiperin müqaviləsi hələ 1 il də qüvvədədir. Balayev vaxtilə formasını geyindiyi «Neftçi»yə dönüşə tərəfdardır.

Sadəcə, Abasov ona «gəlsən, «1 nömrə» olacaqsan» vədi vermir. Digər tərəfdən, «Qarabağ»ı bu izdivacın baş tutmasına razı salmaq lazımdır.

İşini ehtiyatlı tutan baş məşqçi Aqil Məmmədova əcnəbi rəqib istəyir. Argentina, Portuqaliya, Rumıniya və başqa ölkələrdən olan qapıçılar namizədlər siyahısında yer alıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti