"Neftçi" bu səbəbdən yeni transferini rəsmiləşdirə bilmir

12 İyun 2021 14:20 Neftçi 2 464
"Neftçi" bu səbəbdən yeni transferini rəsmiləşdirə bilmir

"Neftçi"nin Harramiz Quyeta Ferreyra Soareslə anlaşdığını xəbər vermişdik.

San-Tome və Prinsipi millisinin üzvü olan hücumçunun keçidinin rəsmi olaraq ictimaiyyətə açıqlanması isə hələ gecikir.

Bu isə "Neftçi" azarkeşlərini narahat edir.

Sportinfo.az-ın əldə etdiyi məlumata görə, yubanmaya səbəb 31 yaşlı forvardın hazırkı klubu "Eştoril"lə bu ayın sonuna kimi müqaviləsinin olmasıdır.

Futbolçunun özü ilə bütün detallar razılaşdırılıb. O, Portuqaliya təmsilçisi ilə dil tapa bilməsə, ayın sonuna kimi gözləmək məcburiyyətdindədir.

Yalnız bundan sonra Bakıya gəlib, rəsmi müqaviləyə imza ata biləcək. "Eştoril" keçən mövsüm Portuqaliya II liqasının çempionu olaraq yüksək liqaya qayıdıb.

Üçüncü zona ilə yanaşı, yarımmüdafiənin hər iki cinahında oynamağı bacaran Harramiz "Neftçi"nin ən bahalı transferi olmayacaq.

San-Tome və Prinsipi yığmasının üzvü burada 200 min dollardan da aşağı məbləğ qazanacaq. “Seyxal”ın yetirməsinin karyerası Portuqaliya klubları ilə bağlıdır.

O, müxtəlif illərdə “Elvas”, “Alyustrelense”, “Uniao Montemor”, “Benfika B”, “Farense Kovilha Akadimika”, “Tondela”, “Mafra” və “Leyxos”un uğurları üçün tər töküb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu