“Neftçi”dən 4-cü ayrılıq

11 İyun 2021 15:50 Neftçi 1 529
“Neftçi”dən 4-cü ayrılıq

“Neftçi”dən ayrılan daha bir futbolçunun adına aydınlıq gəlib.

Sportinfo.az xəbər verir ki, ölkə çempionu qapıçı Səlahət Ağayevlə yollarını ayırıb.

Bakı klubu rəsmi saytı vasitəsilə milli komandanın qolkiperi ilə başa çatan müqavilənin yenilənmədiyini açıqlayıb. Bununla “ağ-qaralar”da yay fasiləsində 4-cü futbolçu ayrılığı baş verib.

Paytaxt təmsilçisi buna qədər Ahmed Ahmedov, Rener Alves və Keysuke Honda ilə vidalaşıb, Rəhman Hacıyevlə Turan Vəlizadəni isə yenidən “Keşlə”yə icarəyə verib.

Səlahət Ağayev “Neftçi”də keçirdiyi 4 mövsüm ərzində 70 oyunda meydana çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti