“Neftçi”dən imtina etdilər

9 İyun 2021 13:20 Neftçi 1 501
“Neftçi”dən imtina etdilər

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin yeni klubu “Legiya”nın “Neftçi” ilə yoxlama görüşü baş tutmayacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə Varşava təmsilçisi sosial şəbəkə vasitəsilə məlumat yayıb.

Bildirilib ki, Azərbaycan çempionu ilə iyunun 20-də sınaq matçının keçirilməsi nəzərdə tutulsa da, rəqib dəyişikliyi olub.

Buna səbəb kimi hər iki komandanın Çempionlar Liqasının I təsnifat mərhələsində mübarizəyə başlaması və rəqib olmaq ehtimalıdır. “Legiya” “Neftçi”nin əvəzinə həmin gün Avstriya təmsilçisi “Bişofşofen”lə qarşılaşacaq.

Bugündən yeni mövsümün təlim-məşq toplanışına start verən Mahir Emrelinin komandası iyunun 16-da hazırlığın ikinci mərhələsi üçün Avstriyaya yollanacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı