Şenol Günəş "Neftçi"ni seçdi

14 May 2021 16:00 Neftçi 2 736
Şenol Günəş "Neftçi"ni seçdi

Bu gün Türkiyə millisinin Avropa çempionatı üçün geniş heyəti müəyyənləşib.

Baş məşqçi Şenol Güneş 30 oyunçuya dəvət göndərib.

Təlim-məşq toplanışı mayın 18-də start götürəcək. Baş məşqçi iyunun 1-dək 26 futbolçudan ibarət yekun heyəti açıqlamalıdır.

Komanda mayın 27-də Alanya şəhərində Azərbaycan seçməsi yoldaşlıq görüşündə üz-üzə gələcək.

"Ay-ulduzlular"ın iyunun 3-dəki rəqibi Moldova olacaq. Mayın 31-də Şimali İrlandiya ilə matç ləğv edilib.

Qardaş ölkə təmsilçisi Bakıda qalacağı müddətdə "Neftçi"nin Bakıxanov qəsəbəsində yerləşən bazasında hazırlıq keçəcək. Bu müddətdə kompleksə heç kim buraxılmayacaq, mühafizə gücləndiriləcək.

AVRO-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!