Hakimlər Abbasovun Abasovu haqlamasına imkan verəcəkmi?

14 May 2021 15:00 Neftçi 933
Hakimlər Abbasovun Abasovu haqlamasına imkan verəcəkmi?

Azərbaycan Premyer Liqasının növbəti qalibinin adına bu gün aydınlıq gələ bilər.

Əgər qızıl medalların sahibi iki gün sonra keçiriləcək XXVII turda müəyyənləşməsə, 11 ildə ilk reallaşacaq.

Azərbaycan çempionunun son turda bəlli olmasına sonuncu dəfə 2009/10 mövsümündə təsadüf edilib. Həmin vaxt “İnter” (indiki “Keşlə”) qızıl medallara yiyələnib.

Sonrakı illər hegemonluq dövrü hesab olunur. Öncə “Neftçi” üç mövsümlük dominanta çevrilibsə, ardınca estafeti “Qarabağ” alıb. Bu iki ən titullu klubun hegemonluq etdiyi 10 çempionat ərzində qızıl medalların taleyi heç vaxt son tura qalmayıb.

Düzdür, ötən mövsüm müəyyən istisnadır. Həmin vaxt çempion öncədən bəlli olmayıb. Lakin son tura da qalmayıb. Koronavirus səbəbindən erkən dayandırılan yarışın mükafatçıları sonradan verilən xüsusi qərarla bəlli olub.

Bu dəfə isə 11 illik son tur həsrəti bitməyə yaxındır. Əgər “Neftçi” bu gün “Sumqayıt”la görüşdə uduzmasa, son tur final xarakteri daşıyacaq. Bakılılar hətta uduzsa da, bu, reallaşa bilər. Amma bunun üçün gərək “Qarabağ” da xal itirsin.

Ağdamlıların qələbəsi və “Neftçi”nin məğlubiyyəti 11 ildən sonra son tur həyəcanı yaşanmasına əngəl olacaq. Digər variantlarda isə qızıl və gümüş mayın 19-da keçiriləcək liderlərin şəxsi duelinə sahibini tapacaq.

Hazırda “Qarabağ”ın 54, “Neftçi”nin 53 xalı var. "Gənclik şəhəri" təmsilçisi 36 xalla üçüncüdür.

Çempionatdakı 34 oyundan 16-da “Neftçi“, 14-də ev sahibi “Sumqayıt“ meydanı 3 xalla tərk edib. Topların nisbətində də "Neftçi" üstündür - 42:52.

Qonaqlar Premyer Liqadakı son 4 oyunda qələbə qazana bilmir. “Sumqayıt” öz meydanındakı son 4 matçdan qalib ayrılmayıb.

Bakılılar qış asiləsindən sonra ilk və hələlik yeganə məğlubiyyətini “kimyaçılar“dan alıb. Ayxan Abbasovun çalışdırdığı kollektiv səfərdən 2 cavabsız qola məqsədinə çatıb.

Bu gün keçiriləcək matçi Ayxan Abasovla Samir Abasovun prinsipial dueli də adlandırmaq olar. Onların arasında 2016-cı ildən başlayan mübarizə var və hazırda S.Abasov həmkarıından bir addım öndədir.

Onun çalışdırdığı komandalar A.Abbasovu 5 dəfə məyus edib. Tərəflər cəmi 4 dəfə sülhə razılaşıb.

“Zirə“ - “Sumqayıt“:
Ayxan Abbasov 3 qələbə, Samir Abasov 1 qələbə, 2 heç-heçə
2016-17 Zirə Sumqayıt 27.02.2017 1-0 Ayxan Abbasov Samir Abasov
2016-17 Sumqayıt Zirə 15.04.2017 1-1 Samir Abasov Ayxan Abbasov
2017-18 Zirə Sumqayıt 26.08.2017 3-1 Ayxan Abbasov Samir Abasov
2017-18 Sumqayıt Zirə 21.10.2017 2-1 Samir Abasov Ayxan Abbasov
2017-18 Zirə Sumqayıt 10.02.2018 1-1 Ayxan Abbasov Samir Abasov
2017-18 Sumqayıt Zirə 20.05.2018 1-2 Samir Abasov Ayxan Abbasov

“Sumqayıt“ - “Zirə“:
Ayxan Abbasov 0 qələbə, Samir Abasov 4 qələbə, 2 heç-heçə
2018-19 Zirə Sumqayıt 25.11.2018 3-1 Samir Abasov Ayxan Abbasov
2018-19 Sumqayıt Zirə 24.02.2019 0-1 Ayxan Abbasov Samir Abasov
2018-19 Zirə Sumqayıt 13.04.2019 2-0 Samir Abasov Ayxan Abbasov
2018-19-k Sumqayıt Zirə 23.04.2019 0-0 Ayxan Abbasov Samir Abasov
2018-19-k Zirə Sumqayıt 01.05.2019 3-3 Samir Abasov Ayxan Abbasov
2019-20 Sumqayıt Zirə 14.09.2019 1-2 Ayxan Abbasov Samir Abasov

“Sumqayıt“ - “Neftçi“:
Ayxan Abbasov 1 qələbə, Samir Abbasov 0 qələbə, 0 heç-heçə
2020-21 Neftçi Sumqayıt 04.04.2021 0-2 Samir Abasov Ayxan Abbasov

Cəmi:
Ayxan Abbasov 4 qələbə, Samir Abasov 5 qələbə, 4 heç-heçə

“Sumqayıt“ qonaqları əliboş yola salsa, A.Abbasov qələbə sayında kolleqasına çatacaq. Ancaq hakimlər buna imkan verəcəkmi? A

FFA “Neftçi“nin yanındadır və Kaamran Quliyevə hər cür dəstək verməkdədir. Bu, federasiyanın “ağ-qaralar“ın prezidentinə inanılmaz sevgisindən irəli gəlmir.

AFFA-nın məqsədi “Qarabağ“ın ardıcıl 8-ci çempionluğunu önləmək, bununla, Qurban Qurbanova növbəti zərbəni vurmaqdır.

Başqa sözlə, ayının min oyunu bir armudun üstündədir və hakimlər bu mənada AFFA üçün ən güclü “təsir rıçaqı“dır. Premyer Liqanın axır 5-6 turunda biz bu gizli göstərişin əlamətlərini sezməkdəyik.

Hələ Bakıdakı qarşılaşmadan sonra “Sumqayıt“ın prezidenti Riad Rəfiyevin AFFA-nı hiddətləndirməsi məlumdur. Belə ki, qonaqlarıın «ağ-qaralar» üzərində qələbə qazanması (2:0) federasiya rəhbərliyinin xoşuna gəlməyib.

Əksinə, onları hiddətləndirib. Hətta o qədər ki, bunu Rəfiyevin özünə də bildiriblər.

Təbii, Riad bəy üzləşdiyi münasibətdən məyus olub. Axı, adətən, belə oyunlardan sonra AFFA-dan çoxsaylı təbriklər alırdı, indi isə fərqli reaksiya ilə qarşılaşıb.

Klub prezidenti qınanıb ki, «Sumqayıt» digər rəqiblərlə müqayisədə «Neftçi»yə qarşı daim aqressiv mübarizə aparır. Rəfiyev isə iradlarla razılaşmayıb, bütün komandalara qarşı eyni həvəs və istəklə hazırlaşdıqlarını söyləyib.

İşdir, “Sumqayıt“ bu gün da qələbə çalsa, yəqin ki, Rəfiyev AFFA tərəfindən qeyri-rəsmi olaraq “arzuolunmaz şəxs“ elan ediləcək.

Hərçənd ki, 3 xal “kimyaçılar“ın özü üçün qızıldan qiymətlidir. Axı avrokuboklara vəsiqəni hələ təmin etməyiblər. “Zirə“ Premyer Liqada onların təqibini davam etdirir, kubokun finalında qarşılaşacaqları “Keşlə“ də bütün ümidlərini mayın 24-nə bağlayıb.

Hazırkı məqamda büdrəmək “Sumqayıt“ın özünə pi sbir sonluq vəd edir, əslinə qalsa, “Neftçi“nin dərdini çəkməyə nə halı, nə də həvəsi var. Yenə də gəlib hakimlikdə ilişməsələr, yaxşıdır.

Rauf Cabbarov FİFA referisi olsa da, haqqında birmənalı rəy formalaşdırmayıb. Bəzən tərəfkeşliyini, bəzən də qərəzini açıq nümayiş etdirir, səhvlərlə yadda qalır.

Bu gün o günlərdən olmasın, ədalətin yanında dayansın, özünü təhqir və tənqid obyekti etməsin təki!

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı